Caspel şirkəti kosmik biznes sahəsinə də əl qoyub

3-10-2023, 10:04           
Caspel şirkəti kosmik biznes sahəsinə də əl qoyub
Bü gün Beynəlxalq Astronavtika Konqresi çərçivəsində təşkil olunan sərgidə diqqətimi maraqlı bir məqam cəlb etdi.
Sərgini gəzərkən uzaqdan Caspel şirkətinin geniş stendini görəndə həm təəcübləndim, həm də əhvalım düzəldi.
Çünki, az qala yeganə yerli texnoloji şirkət idi ki, burada təmsil olunurdu.
Yəni, sırada başda NASA-nı, sonra Azerkosmosu, sonra da Caspel-i görmək hər zaman ələ düşən imkan deyil ?
Xatırladıram ki, bu Konqresə hazırlıq çərçivəsində bir müddət öncə keçirilən bir brifinqdə jurnalistlərdən birisinin yerli kosmik biznes qurumları, özəl kosmos qurumları ilə bağlı sualına Azərkosmos rəsmiləri cavab verməkdə çətinlik çəkmişdilər.
Ölkəmizdə kosmik sahədə hələlik dövlətin xüsusi çəkisi ən yüksək səviyyədədir. Baxmayaraq ki, cari ildə bu sahədə qanun da qəbul edilib.
Dünyada isə bu sahədə son illər özəl sektorun rolu kəskin artıb.
Caspel şirkəti ölkənin İT sektorunda ən böyük qurumlardan biridir, nəhəng tender layhələrinin iştirakçısı və adətən də qalibi olur ?
İri Nazirliklərin, dövlət qurumlarının partnyorudur.
Amma ekosistemin inkişafına, sektorda kadrların hazırlanmasına, universitet-biznes əlaqələrinin qurulması sahəsində verdiyi töhfəni də yetərli hesab etmək olmaz.
Caspel-in rəhbəri Ceyhun müəllim bu sahəyə diqqətin gücləndiriləcəyini bildirib.
Düşünürəm ki, Caspel-in yalnız bir istiqamət üzrə deyil, çoxşaylı istiqamət üzrə inkişafa diqqət yetirmək, qlobal və regional bazarlara çıxmaq, dövlət sifarişlərindən asılı olmayan dəyərlər yaratmaq istiqamətində səyləri də təqdirə layiqdir.
Osman Gunduz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.