Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib (QALMAQAL)

3-10-2023, 10:32           
Tanınmış şirkətin sürücüləri işə çıxmaqdan imtina edib (QALMAQAL)
Azərbaycanın tanınmış yerli şirkətlərindən biri olan “TAC” MMC-də sürücülər dünən işə çıxmaqdan imtina edib.

AzToday.az-a daxil olan məlumatlara görə, 20-dən çox sürücü şirkət tərəfindən onların qanunsuz cərimələnməsindən narazı qalaraq işə çıxmayıb.

Qeyd edək ki, el arasında “Aquavita” adı ilə tanınan şirkətdə işçilərin əmək hüquqlarının kobud şəkildə pozulması halları ilə bağlı mediada dəfələrlə məlumatlar gedib. Amma şirkət rəhbərliyi qanunları pozmaqda davam edir.

Sürücülər qanunsuz cərimələnmələrinin səbəbini mövsumun bitməsi ilə izah edirlər. Belə ki, payız və qış fəslində şirkətin satışı zəiflədiyi üçün rəhbərlik işçiləri kütləvi ixtisar etməklə xərclərini azaltmaq istəyir…












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru