Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? (RƏSMİ AÇIQLAMA)

3-10-2023, 13:24           
Azərbaycanda xəstələrə dərmanlar pulsuz veriləcək? (RƏSMİ AÇIQLAMA)
Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım, eləcə də, xəstəxanada yatış zamanı istifadə edilən dərman, tibbi sərf və qidalanma icbari tibbi sığorta tərəfindən qarşılanır.

"Ambulator şəraitdə tibb müəssisəsində vətəndaşa göstərilən bir sıra tibbi xidmətlərdə istifadə edilən anesteziya, dərman və tibbi sərf də icbari tibbi sığorta ilə qarşılanır. Lakin ambulator müalicə üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri icbari tibbi sığorta təminatına daxil deyil.
Gələcəkdə reseptlə təyin olunan dərman vasitələrinin güzəştli şəkildə əldə olunması istiqamətində layihələlərin işlənilməsi nəzərdə tutulub", - deyə əlavə edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru