Valideynlər niyə övladlarını internat məktəblərinə göndərirlər? - VİDEO

29-10-2023, 10:27           
Valideynlər niyə övladlarını internat məktəblərinə göndərirlər? - VİDEO
Ölkədə uşaqların internat tipli məktəblərə göndərilməsi halları artıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına görə, 2021-ci ildə 9 960, 2022-ci ildə isə 10 062 şagird bu tip məktəblərə göndərilib.

Xezerxeber.az-ın xəbərinə görə, bunu sosial-iqtisadi motivlərlə əlaqələndirən sosioloq Naib Niftəliyev bildirib ki, valideynlərin bu tipli məktəblərə müraciət etməsi daha çox nəzarətlə bağlıdır.

Onun fikrincə, bəzən uşaqların internat tipli məktəblərə qoyulmasına səbəb kimi natamam ailə mühitinin olması da göstərilir.

Sosioloq bildirib ki, hər bir halda uşağın valideyn himayəsinə və diqqətinə ehtiyacı var.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən o da bildirilib ki, məsələ ilə bağlı preventiv tədbirlər görülür. Ancaq buna baxmayaraq, bu tipli ümumtəhsil müəsisələrinə uşaqların göndərilməsi halları çoxalır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru