Xətai rayonunda yaşayış binası daş-daş sökülür - Sakinlər narazılıq edir

29-10-2023, 15:25           
Xətai rayonunda yaşayış binası daş-daş sökülür - Sakinlər narazılıq edir
Bakı şəhəri, Xətai rayonu Nəsrəddin Tusi küçəsi, bina 25 qəzalı vəziyyətdədir.

Teref.az Cebhe.info-ya istinadla xəbər verir ki, binanın sakinləri artıq orada yaşamağın təhlükəli olduğunu bildirir, binanın hələ də sökülməməsi və başqa əraziyə köçürülməmələrindən narahatlıqlarını bildirirlər. Onlar bununla bağlı Fövqladə Hallar Nazirliyinə, Xətai rayon İcra Hakimiyyətinə müraciət ediblər.

Fotolardan da göründüyü kimi, binadan üzlük daşlar qoparaq yerə tökülür. Bu isə həm bina sakinləri, həm də ətrafdan keçənlər üçün ciddi təhlükə yaradır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru