Azərbaycanda heyvandarlıq sahəsi TƏHLÜKƏDƏ - VİDEO

30-10-2023, 10:33           
Azərbaycanda heyvandarlıq sahəsi TƏHLÜKƏDƏ - VİDEO
Azərbaycanda heyvandarlığa maraq azalır. Bununla bağlı mövcud rəqəmlər son 10 ilin ən aşağı həddidir.

Xezerxeber.az-ın məlumatına görə, iri və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705 min baş azalıb.

İqtisadçı Xalid Kərimli heyvanların sayının azalmasının səbəblərini açıqlayıb. Bildirib ki, əsas amillərdən biri ölkədə yem və otun ildən-ilə bahalaşmasıdır.
Ekspert əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda olan otlaq sahələri heyvandarlığın inkişafı üçün ümidlər yaradır. Lakin bu, indiki məqamda mövcud statistikaya ciddi təsir etməyəcək. Qarşıdakı illərdə ət və ət məhsullarının qiymətindəki artım tempi davam edəcək.

Ekspertin fikrincə, heyvandarlığın inkişafı üçün ilk növbədə otlaq sahələr artırılmalıdır. Bundan başqa, heyvandarlıq təsərrüfatları mərhələli şəkildə işğaldan azad edilən ərazilərə köçürülməlidir.

Daha ətraflı videosüjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru