Minimum pensiya 280 manat olacaq - ünvanlı sosial yardımın məbləği artırılır

30-10-2023, 11:02           
Minimum pensiya 280 manat olacaq -
Azərbaycanda gələn il də minimum pensiyanın 280 manat olması nəzərdə tutulur.

Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bununla belə, sənədə əsasən, bu il 280 manat pensiya alanlar gələn ildən indeksasiya ilə 280 manatdan çox pensiya alacaqlar.

Xatırladaq ki, bu il ölkədə minimum pensiya 280 manatdır.

***

Azərbaycanda ünvanlı sosial yardımın məbləği artırılır.

Bu, Hesablama Palatasının “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2024-cü il üçün ehtiyac meyarının həddi ötən ilə artırılmaqla 270 manat müəyyən olunur ki, bu artımla ünvanlı yardımların da məbləği artacaq. //report//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru