Bakının mərkəzində YAŞIL SOYQIRIM - FOTO

1-11-2023, 00:06           
Bakının mərkəzində YAŞIL SOYQIRIM - FOTO
Bakı şəhəri, Ş. Abdullayev küçəsinin Bülbül prospekti ilə kəsişməsindəki 382-ci məhəllədəki ərazi “Gold Star City” tikinti şirkəti tərəfindən zəbt edilib. Şirkət ərazidəki çoxillik yaşıllıqları məhv edir.

“Gold Star City” MMC-yə məxsus 1 hektar ərazidə 8 ədəd iri gövdəli ağac artıq kəsilib. Həmin ünvanda yaşayan sakinlərin sözlərinə görə, ərazi “PMD” şirkətinə məxsus olub və yaxın vaxtlarda “Gold Star City” tikinti şirkətinə satılıb.
Yaşıllıqları məhv edən tikinti şirkəti “Gold Star City”-yə ərazini satan “PMD” şirkəti iri torpaq mülkiyyətçisi hesab edilir. 2013-cü ildə yaradılan şirkətin ilkin kapitalı 10 milyon manat olub. Şirkətin “Bank Avrasiya” ASC-də pay sahibi olduğu deyilir. //Tribunainfo.az//













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.