Konstitusiya Məhkəməsinin 11 Aprel 2023-cü il tarixli Qərarı, Azərbaycanda əmək münasibətlərində müsbət dəyişiklik hesab oluna bilər

1-11-2023, 09:33           
Konstitusiya Məhkəməsinin 11 Aprel 2023-cü il tarixli Qərarı, Azərbaycanda əmək münasibətlərində müsbət dəyişiklik hesab oluna bilər
AR-nın Konstitusiya Məhkəməsinin 11 Aprel 2023-cü il tarixli Qərarı, Azərbaycanda əmək münasibətlərində müsbət dəyişiklik hesab oluna bilər, düzünü desəm bu həm də, son dövrlərdə işçilərin xeyrinə qəbul edilən, yaxşı hesab edilən müsbət qərarlardan biridir.
Yeni Qərara əsasən isə:işçiyə əmək haqqının verilməsi işəgötürənin: həm təqsiri üzündən gecikdirildikdə, həm də bu hal fərdi əmək mübahisəsi yaradarsa və işçinin pozulmuş hüquqları bərpa olunarsa, işçi AR-nın Əmək Məcəlləsinin 172. 5-ci maddəsində nəzərdə tutulan qaydada gecikdirilmiş hər gün üçün işçiyə əməkhaqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Belə ki:
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən bu maddə aşağıdakı qaydada nəzərdətutulurdu: əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.
Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə AR-nınƏmək Məcəlləsinin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir.
AR Konstitusiya Məhkəməsinin 11. 2023-cü il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin aşağıdakı məzmunda bu barədə müsbət dəyişiklik edilib: Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası həm də fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir.
Azər Quliyev.
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.