“Metropoliten” maliyyə hesabatını niyə açıqlamır? – Vergi borcu 17 milyonu keçdi

1-11-2023, 17:05           
“Metropoliten” maliyyə hesabatını niyə açıqlamır? – Vergi borcu 17 milyonu keçdi
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN- 1402871431) dövlət büdcəsinə böyük həcmdə vergi borcu var.
TEREF.AZ-ın məlumatına görə, yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, hazırda (01.10.2023-cü il tarixinə) “Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 17 milyon 256 min 705 manat 75 qəpik vergi borcu var.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 2 milyard 580 milyon 638 min 397 manat 20 qəpik olan QSC-nin vergi borcu son 1 il ərzində təxminən 4 milyon manat artıb. Belə ki, ötən ilin iyul ayında “Bakı Metropoliteni” QSC-nin dövlət büdcəsinə 13,1 milyon manat vergi borcu olub.
Onu da qeyd edək ki, “Bakı Metropoliteni” son 2 ildir maliyyə hesabatını açıqlamır. Bu ilin aprel ayında mətbuata verdiyi açıqlamada "Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov bildirib ki, hesabatın yubanmasının səbəbi audit yoxlaması ilə bağlıdır. QSC rəsmisinin bu açıqlamasından 7 ay ötsə də, maliyyə hesabatı hələ də açıqlanmayıb.
Xatırladaq ki, “Bakı Metropoliteni” sonuncu dəfə maliyyə hesabatını 2020-ci ildə açıqlayıb. Həmin hesabata görə, “Bakı Metropoliteni”nin 2020-ci ildəki xalis zərəri 83 milyon 542 min 500 manat 6 qəpik olub. 2019-cu ilin hesabatında isə “Bakı Metropoliteni”nin 55 milyon manat zərər etdiyi açıqlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru