Azərbaycan sahibkarlarının vergi yükü azaldılacaq

2-11-2023, 07:43           
Azərbaycan sahibkarlarının vergi yükü azaldılacaq
2024-cü ildə Azərbaycan sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və bununla da, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulur.

Bu barədə Maliyyə Nazirliyi xəbər verir.

Məlumata görə, maliyyə lizinqinin vergiyə cəlb edilməsi mexanizminin sadələşdirilməsi, vergi ödəyicisinin hesabat ilinin mənfəətinin elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahəsində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatlara, ictimai vəsosial məqsədlər üçün yaradılmış fondlara köçürülən və vergidən azad olan hissəsinin 10 %-dən 15 %-ə qaldırılması, kredit təşkilatlarının ödənilməyən borclar müqabilində balansa götürdüyü girov əmlakların əmlak və torpaq vergilərindən müddətli azad edilməsi, turizm subyektlərinə (mehmanxana, hotel vəsanatoriya) əmlak vergisi üzrə vergi təşviqinin verilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru