Azərbaycanda məhkumlar artıq məzuniyyətə buraxılırlar

3-11-2023, 08:37           
Azərbaycanda məhkumlar artıq məzuniyyətə buraxılırlar
Azərbaycanda ilk dəfə məhkumlar məzuniyyət üçün evə buraxılıblar. Penitensiar Xidmətdən verilən məlumata görə, qapalı cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı ünvanlara bir neçə günlük qısamüddətli ziyarətə gediblər.

Məzuniyyət zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra yenə özləri sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.

“İndiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və geri qayıdıb”, – deyə Penitensiar Xidmətdən bildirilib.
Elbeyi Hesenli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru