Çünki ağ məmur oliqarxiyasının ortada istirahəti pozulmasın deyə....
4-11-2023, 10:47

Etiraf edin. Bu gün şənbə günü kim uşaqlarını məktəbə aparmayıb?
Amma lütfən səmimi olun. Əslində düz qərar vermisiniz. Çünki ilboyu 5 günlük iş həftəsinə kodlanmış beynimiz var. Bu sistem dəyişəndə alt şüurumuzda dəyişiklik baş verir. Niyə bu şənbə günü iş günü olub? Çünki gələn həftənin cümə günü ortada iş günü kimi qalır. Nə düşüncədir bu? Şənbə günü işə get, bazar ertəsi işə get. Həftənin 2-ci günü işə get və 3,4,5,6,7-ci günləri istirahət elə. Niyə?
Teref.az yazır ki, bunu tanınmış iqtisadçı ekspert Razi Abasbəyli öz sosial şəbəkə profilində yazıb.Daha sonra yazdıqlarını şərh edən ekspert deyir:
Deyim bilin. Çünki ağ məmur oliqarxiyasının ortada istirahəti pozulmasın deyə. Ardıcıl günlər olsun deyə rahat-rahat xaricə, rayonda dağların qoynundakı villasına istirahətə gedə bilsinlər.
Tutaq ki, siz orta məktəbdə növbəti həftənin cümə gününün dərsini bu gün, şənbə günü keçdiniz. Başımıza dönün, axı bu dövlətdir. Gələn həftə dünya iqtisadiyyatında elə bir hadisə baş verə bilər ki, dərhal qərar vermək lazım olar axı... Pardon. Deyəsən çox irəli getdim... Bizdə operativ qərarları vermək üçün Mərkəzi Bank, Maliyyə Nazirliyi bunlara işə gəlib toplaşmaq, qərar vermək lazım olur?
Məsələn bu gün hamı istirahət edir. Hər gün 1 saata gəldiyim Bakı-Sumqayıt yolunu 27 dəqiqəyə gəldim.
İndi kasıb yazıq neyləsin? Onun aldığı maaş bir neçə günə bitəcək. Sonra da başlayacaq ƏDV-dən, uşaqların kassasındakı qəpiklərdən, Azpulmatdan, Lombarddan və yaxud da evindəki artıq əşyaları satmaqdan, atadan, anadan, bacıdan, qardaşdan borc istəməyə...
Bax məmləkətin halı heç əyləncəyə, dinlənməyə uyğun deyil. Sonuncu dəfə hansı bayramda ürək dolusu sevinmisiniz?
Hamı borc da olsa bazarlıq edir, süfrə açır, amma bu sadəcə bir instinkdir. Vərdişdir. Mental kodlaşmadır.
Bu gün işə, məktəbə gedənlərin (az da olsa) hamısı yuxuludur.
Ya da özlərini yuxululuğa vurublar. Yatın... Sabaha Allah Kərimdir!
Razi Abasbəyli
Teref.az