Dədə Süleymanın oğlu küçəyə atıldı - "Kürdəxanada, həbsdə olanda bacım zəng vurub..."

4-11-2023, 12:40           
Dədə Süleymanın oğlu küçəyə atıldı -
El içində “Dədə Süleyman” adıyla anılan mərhum xanəndə Süleyman Abdullayevin oğlu Cümşüd Abdullayev çöllərdə səfil həyat yaşadığını, bacı qardaşlarının atasının mülkündən ona pay vermədiklərini bildirib.

TEREF.AZ-ın Lent.az-a istinadən xəbərinə görə, Cümşüd Abdullayev bildirib ki, atası sağlığında yaşadığı evi ona verəcəyini desə də, onu həmin evə buraxmırlar. Bütün bunların səbəbkarı da bacısı Aygündür.
“Ailəmizin 3 evini bacım Aygün mənimsədi. Rəhmətlik atamdan üç ev qaldı. O üç ev ola-ola hazırda mən küçədə qalıram. Aygün mənimlə danışmır. Bir-iki dəfə onun həyat yoldaşının yanına barışmaq üçün getmişəm, vəziyyəti danışmışam. Dedim ki, mənə bir daxma lazımdır ki, orada qalım. Amma onlar məni təhqir ediblər. Mənim Rövşən adında bir qardaşım da var. Onunla əlaqəm var, danışırıq. Bütün bu problemlərin başında bacım dayanır”.

Atam vəfat etməzdən əvvəl mənə söylədi ki, sən bacının ərini vurmusan. Götür pencəyini, evi də ver onlara, özün də oradan çıx. Məndə elə etdim. O evin qiyməti isə 200 min manatdır. Atam demişdi ki, Prezident tərəfindən ona bağışlanmış evi mənə verəcəyəm. Digər ev Yasamal ərazisində yerləşin. Həyət evidir. Atamın vəfatından 40 gün sonra oradan məni məcbur çıxartdılar. Mənə ora getməyə qadağa qoyublar”,- deyə Cümşüd Abdullayev bildirib.
Sənətkarın oğlu bildirib ki, bacısı Dədə Süleymana Prezident tərəfindən bağışlanmış evin etibarnaməsini öz adına keçirib.

“Kürdəxanada, həbsdə olanda bacım zəng vurub ağlayaraq məndən Cənab Prezidentin atama bağışladığı evin etibarnaməsini istədi. Bacım şəxsən özü atama zəng vurub bunu deyə bilmirdi. Ona görə ki, atam Dədə Süleyman bacımı 20 il danışdırmayıb. Çünki o gələcək həyat yoldaşına qoşulub qaçmışdı. Bacım söylədi ki, atamız yaşlı kişidir. Ona-buna mülk paylayır. Birdən götürər bu evi də kiməsə verər”.

Cümşüd Abdullayev qaynını bıçaqladığına görə həbsdə yatıb. O iddia edir ki. bacısının tələbi ilə onu psixiatrik xəstəxanaya da yerləşdiriblər.

“Atam vəfat etməzdən əvvəl qaynımı bıçaqladığıma görə, həbsə düşdüm. Aygün məni məcburən psixiatriya xəstəxanasına yerləşdirdi. Bunu onlardan pul və ev istədiyimə görə etdi”,- deyə Cümşüd bildirib.

Qeyd edək ki, Süleyman Abdullayev Füzuli rayonunun Qoçəhmədli kəndində yerləşən ata mülkünü də aparıcı Nanə Ağamalıyevaya vəsiyyət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru