“Tarqovu”da biabırçı vəziyyət : KANALİZASİYA PARTLADI -VİDEO

6-11-2023, 07:24           
“Tarqovu”da biabırçı vəziyyət : KANALİZASİYA PARTLADI -VİDEO
Bakının mərkəzində Səbail rayonunda “Tarqovu” adlanan ərazidə daha bir biabırçı vəziyyət aşkarlanıb.

İnterpress.az-ın ərazidə olan əməkdaşının sözlərinə görə, “Tarqovu” adlandırdığımız ərazinin akademik Əziz Əliyev küçəsində, daha dəqiq desək, keçmiş “Azərbaycan” kinoteatrının qarşısında kanalizasiya partlayıb. Videodan da göründüyü kimi, çirkab sular birbaşa şəhərin mərkəzinə axmaqdadır.

İnsanların istirahət etdiyi ərazidə kanalizasiyanın birbaşa küçənin mərkəzinə axması şəhərimizin sakinləri və qonaqları tərəfindən hiddətlə qarşılanır. Belə görünür ki, aylardır ki davam edən bu problemin həlli Bakı Şəhəri Səbail Rayon icra başçısı Vüqar Zeynalov və eləcə də ərazinin abadlığına və təmizliyinə məsul olan “Bakı Abadlıq Xidməti”nin rəhbəri Vaqif Novruzovun yadından çıxıb.

Videodan da göründüyü kimi, kainalizasiya sularının axdığı ərazidə insanlar gəzinti etməkdədir.

Həmin videonu təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru