Daxili Qoşunların hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb - orta hesabla 20 faiz

7-11-2023, 11:45           
Daxili Qoşunların hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb - orta hesabla 20 faiz
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 20 faiz artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll edəcək.

Azərbaycanın Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyi bu Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.

Bu Fərman 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.