Sürücü etiraz etdi: Yol polisi əsassız protokol yazıb? - RƏSMİ AÇIQLAMA + VİDEO

11-11-2023, 08:30           
Sürücü etiraz etdi: Yol polisi əsassız protokol yazıb? -
Bakı sakini Zahid Efendiyev yol polisi əməkdaşlarının ona əsassız yerə cərimə protokolu yazdıqlarını iddia edib.

Xezerxeber.az-ın məlumatına görə, Zahid Efendiyev ona yazılan protokolun yanlış olduğunu bildirib.

Paytaxt sakininin sözlərinə görə, saxlanılan zaman duman əleyhinə olan işıqlara qanunsuz yerə dəyişkilik etdiyi əsas gətirilərək, avtomobili cərimə meydançasına aparılıb.

İşıqlara müdaxilə etmədiyini iddia edən sürücü bildirib ki, nəqliyyat vasitəsi həmin şəkildə onun adına qeydiyyata salınıb.

Zahid Efendiyev qeyd edib ki, avtomobilində olan işiqlar zavod istehsalıdır və qadağan olunmayıb.
Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, öz yollarını işıqlandırmaq naminə bəzi sürücülərin günün qaranlıq saatlarında digər hərəkət iştirakçılarının həyat və sağlamlqları üçün təhlükə yaratması qətiyyən yolverilməzdir.

Baş inspektor qeyd edib ki, hər bir nəqliyyat vasitəsində istehsalçı tərəfindən ona uyğun müəyyənləşdirilmiş avadanlıqlardan istifadə edilməlidir.

Araz Əsgərli əlavə edib ki, prtokoldan narazı qalan sürücünün şikayəti əsasında bu məsələ araşdırıla bilər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru