Quraşdırılan nasos stansiyası, ətrafa yayılan üfunət iyi: Sakinlər çarəsiz qaldılar - VİDEO

11-11-2023, 14:47           
Quraşdırılan nasos stansiyası, ətrafa yayılan üfunət iyi: Sakinlər çarəsiz qaldılar - VİDEO
Biləsuvar rayonu, Səməd Vurğun küçəsində yaşayanların çoxu evini satmaq istəyir.

Xezerxeber.az-ın məlumatına görə, bunun səbəbi ətrafa yayılan dözülməz üfunətdir.

Sakinlər bildiriblər ki, şəhərin kanalizasiya şəbəkəsinin tərkib hissəsi olan nasos stansiyası işə düşən gündən evlərində nə yemək yeyə, nə də dincələ bilirlər.

Onlar çarəni evlərini tərk etməkdə görürlər.

Sakinlər hesab edirlər ki, nasos stansiyası bir neçə kilometr aralıda, sakinlərin daha az məskunlaşdığı yerdə quraşdırılmalı idi.
Məsələ ilə bağlı Biləsuvar Su-Kanal İdarəsindən bildirilib ki, sözügedən nasos stansiyası ötürücü rol oynayır.

“Orada işlər tamamlanmayıb. Proses yekunlaşandan sonra problem aradan qaldırılacaq”, - deyə qurumdan əlavə edilib.

Ətraflı süjetdə:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.