Azad olunmuş ərazilərdə dağıdılmış kitabxanalardan götürülmüş kitablar sərgidə nümayiş olunur

11-11-2023, 11:47           
Azad olunmuş ərazilərdə dağıdılmış kitabxanalardan götürülmüş kitablar sərgidə nümayiş olunur
“Azad olunmuş ərazilərdə ciddi ziyan görən kitablar 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində nümayiş olunur”.

“Report” xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli Bakı Ekspo Mərkəzində keçirilən sərginin açılışında çıxışı zamanı deyib.

Nazir bildirib ki, bu gün Azərbaycan dövləti kitab sənayesinə, eləcə də gənc yazarların inkişafına xüsusi diqqət yetirir: “Kitab sərgisi çərçivəsində kitabların toplanması üçün bir sıra vacib tədbirlər görülüb”.

A.Kərimli işğaldan azad olunmuş ərazilərdə ermənilərin dağıtdığı kitabxanalardan da danışıb: “İşğaldan azad olunmuş bölgələrdə kitablar və kitabxanalar ciddi ziyan görüb. Biz də həmin kitabların sərgiyə gətirib burada nümayiş olunması üçün xüsusi işlər görmüşük”.

Nazir vurğulayıb ki, 30 il işğal dövrü ərzində Azərbaycan mədəni irsinə məxsus 927-dən çox kitabxana və 5 milyona qədər kitab fondu tamamilə məhv edilib: "Bütün bunların bərpa edilməsi və Qarabağda kitab fondunun yaradılması üçün birlikdə addım atmalıyıq".

Qeyd edək ki, sərgi noyabrın 15-nə kimi davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru