Bakının bu ərazisində sakinlərə 700 manat kirayə pulu və mənzillər veriləcək

13-11-2023, 15:54           
Bakının bu ərazisində sakinlərə 700 manat kirayə pulu və mənzillər veriləcək
Bakıda Yasamal rayonu ərazisində daha bir ünvanda fərdi evlərin söküntüsünə başlanacaq. Söhbət Behbud Şaxtaxtinski küçəsində yerləşən fərdi yaşayış evlərindən gedir.

Gələn ilin yanvar ayından söküntüsünə başlanacaq evlərin sahibləri ilə demək olar ki, razılıq əldə olunub.

Belə ki, fərdi evlərin söküntüsünü icra edən şirkət həmin ərazidə hündürmərtəbəli bina tikəcəyi üçün vətəndaşlara elə həmin binadan mənzillər təklif edib. Bundan əlavə, binaların tikintisi başa çatanadək evləri sökülən vətəndaşlara 700 manat kirayə pulu da veriləcək.

Qeyd edək ki, adıçəkilən ünvanın yaxınlığındakı bir çox fərdi yaşayış evləri artıq bir müddətdir ki, sökülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru