Emin Əmrullayev nazir postundan gedir – DİM-ə rəhbər göndərilə bilər... (ÖZƏL)

13-11-2023, 18:07           
Emin Əmrullayev nazir postundan gedir –
Yaxın günlərdə hökumətdə növbəti kadr dəyişiklikləri ola bilər.

Məlumatlı mənbədən Gununsəsi.info-ya verilən xəbərə görə, Elm və təhsil naziri Emin Əmrullayev nazir postundan kənarlaşdırılacaq. Onun Dövlət İmtahan Mərkəzinə (DİM) rəhbər gətriləcəyi gözlənilir.

Mənbə bildirib ki, E.Əmrullayevin mühüm postdan uzaqlaşdırılması təhsil sektorundakı mövcud vəziyyətlə bağlıdır. “Elm və təhsil sektoru büdcədən ən böyük vəsait alan istiqamətlərdən biri olsa da, effektiv nəticələr yoxdur. Orta təhsil yenə repetitorluğun ümidinə qalıb, məktəb direktorlarının təyinatındakı subyektiv amillər, mediaya sızan korrupsiya qalmaqalları, habelə ali təhsil sistemində göz dəyən uğurların olmaması ölkə rəhbərliyinin müəyyənləşdirdiyi siyasətin ira olunmnadığını göstərir.

“Bununla yanaşı, E.Əmrullayevin cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə parlament üzvlərinə qarşı sayğısız münasibəti də ona qarşı inamsızlıq yaradır”, – deyə mənbə vurğulayıb.

Xatırladaq ki, noyabrın 1-də Gülüstan sarayında keçirilən Təhsil forumunda qalmaqal baş verib. Medianın yazdığına görə, Milli Məclisin Elm və Təhsil komitəsinin üzvləri tədbirə dəvət olunmaması ilə yanaşı, orada iştirak edən deputatlara qarşı hörmətsiz davranış onların forumu yarımçıq tərk etməsi ilə nəticələnmişdi.
gununsesi
Səhifəmiz hamı üçün açıqdır..
Teref. Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru