Məşhur həkimdən halal dərman resepti

13-11-2023, 18:36           
Məşhur həkimdən halal dərman resepti
İndi də halal dərman haqda.
Halal dərman bilirsiz nədir?
Halal dərman xalqın haqqına girməməkdir!
Halal dərman rüşvət almamaqdır!
Halal dərman xəstəxanaların maddi-texniki bazasına ayrılan pulları yeməməkdir!
Halal dərman göstərgə üçün 1-2 təminatlı klinika yaradıb, digər klinikaların təminatını kəsməməkdir!
Halal dərman boyu qısa olan uşaqlar üçün ayrılan somatropin hormonunun verilməsini dayandırmamaqdır!
Halal dərman həkimi rüşvətlə işə götürməməkdir!
Halal dərman rüşvətlə baş həkim və direktor təyin etməməkdir!
Halal dərman tərkibində donuz məhsulu və spirt olan dərman deyil, yuxarıda sadalananlardır!
Halal dərman sözü kökündən yalnışdır! Qoy tərkibində donuz komponenti və spirt olsun, fəqət, pasiyentin haqqına girilməsin! Bir dəfə Almaniyanın keçmiş kansleri Angela Merkelin pivə içən yerdə şəklini paylaşıb altından yazmışdılar: pivə içir, donuz əti yeyir, ancaq xalqın malın yemir! Bax halallıq budur!
Aydın Əliyev
azadliq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru