Baş Bankirdən ciddi antiinhisar göstəriş
15-11-2023, 10:24

Ölkənin 1 N-li rəsmi ödəniş resursu, Hökumət Ödəniş Portalı (HÖP) bağlanacaq.
Bu haqda resursun saytında (gpp.az) belə bir elan dərc olunub.
Resursun sahibi də Azərbaycan Respublikasının Mərkəzi Bankıdır.
Sektorun inkişafı baxımından çox diqqətçəkən və əhəmiyyətli bir hadisədir.
Vaxt vardı ki, MB özünün bu resursuna görə heç kimə imkan vermək istəmirdi ki, hökumət ödənişlərini reallaşdırsın.
İllər öncə bu sahədə əsil inhisarçı mühit yaratmışdılar .
Hətta xatırlayıram ki, AsanPay-in MB -in bu inhisarçılığını aradan qaldırması, fintex ekosistemə məhdudiyyətlərlə bağlı bir yazımıza görə biz ciddi təpkilərlə üzləşmişdik, MB-a dəvət etmişdilər.
Artıq MB-in sədri Taleh Kazımov onun fəaliyyətinin dayandırılması ilə bağlı göstəriş verib.
Güman ki, onun hazırlanmasına da yüz minlərlə dövlət resursu xərclənmişdi.
Əminəm ki, bununla fintex ekosistem daha da inkişaf edəcək.
Taleh müəllimin bank sektorunda antiinhisar addımları, fintex ekosistemin inkişafı istiqamətində addımları yetərincə təqdirəlayiqdir.
Osman Gunduz
Teref. Xocanın Blogu