MİDA “Güzəştli mənzil” sisteminin DEMO versiyasını istifadəyə verib, əlavə təhlükəsizlik tədbirləri görülüb
16-11-2023, 09:44

Növbəti onlayn mənzil satışı bir aydan sonra, 16 dekabr tarixdə, həftənin 6-cı günü, saat 11-də baş tutacaq.
Bu onlayn satışa hazırlıq üçün MİDA yenidən 1 aylıq müddət üçün satış modulunun DEMO versiyasını aktivləşdirib.
DEMO haqqında çox yazmışıq. Bu sınaq versiyada məşq etmədən uğur qazanmaq şansı, demək olar ki, yoxdur.
DEMO versiya istifadəçilərə mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, ASAN imzadan və artıq həm də SİMA-dan , həmçinin texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.
DEMO dan istifadə, uğur qazanmaq üçün diqqət yetiriləcək məqamları bir daha aşağıda paylaşıram.
Diqqət !
MİDA bu dəfə də açıqlayıb ki, “Güzəştli mənzil” sistemində 16 dekabr – 23 dekabr 2023-cü il tarixlərində keçiriləcək mənzil seçimi prosesində də əlavə təhlükəsizlik tədbirləri görülüb.
Yəni, CAPTCHA-nı doldurmaqla bağlı və sistemdəki digər addımlar üçün sürprizlər ola bilər.
Sonuncu satışla bağlı da xeyli problemlərin olduğu bildirilirdi. MİDA yalnız fərdi qaydada bunlara aydınlıq gətirdiyini bildirib.
Bütün bunlar haqqında, MİDA sisteminin təkmilıəşdirilməsi, şəffaflığın artıtılması və alternativ satışla bağlı təkliflərimizi də zaman-zaman MİDA-ya təklif etmişik.
Diqqət !
"Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşların “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Asan İmza və ya SİMA İmza ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun DEMO versiyasından istifadəyə başlaması faydalı olardı
P.S. MİDA hələlik növbəti onlayn satış prosesində şəffaflığın və ictimai nəzarətin gücləndirilməsi istiqamətində atılacaq addımlar haqqında açıqlama verməyib.
Osman Gunduz
Teref. Xocanın Blogu