Əmək münasibətləri sahəsində işəgötürənin işçilərə qarşı hansı əsas vəzifələri var

2-12-2023, 09:24           
Əmək münasibətləri sahəsində işəgötürənin işçilərə qarşı hansı əsas vəzifələri var
Əmək münasibətləri sahəsində işəgötürənin işçilərə qarşı əsas vəzifələri aşağıdakılardır:
1. Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək.
2. AR-nın Əmək Məcəlləsinə və digər əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək.
3. Əmək müqavilələrini yalnız AR-nın Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq.
4. Kollektiv müqavilə və sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək.
5. Fərdi və kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını yerinə yetirmək.
6. İşçilərin müraciətlərinə - qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə və qaydada baxmaq və cavab vermək.
7. İşçilərin: əmək, maddi, sosial və məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün nizamnaməsinə və ya kollektiv müqavilələrə müvafiq olaraq zəruri tədbirlər görmək.
8. ✅İşə qəbul, işdə irəli çəkilmək, ixtisas və ya peşə hazırlığını artırmaq, əmək haqqı təyin edərkən, işdən azad edərkən bütün işçilərə eyni yanaşmaq, bərabər imkanlar yaratmaq.
9. Əmək münasibətlərində işçilər arasında ayrı-seçkilik hallarına yol verməmək, işçilərə bərabər imkanlar yaratmaq.
10. AR-nın “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Qanununa müvafiq olaraq əlilliyi olanişçilərin digər işçilərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək, güzəşt və imtiyazlar tədbiq etmək.
11. ✅İşçilərin əmək hüquqlarını pozan, əmək müqaviləsi üzrə vəzifə və öhdəliklərini yerinə yetirməyən işəgötürənlər: maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Azər Quliyev.
Teref. Xocanın Blogu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.