Bu prospektdə sürücülər gündüz cərimələnir, axşam isə.. - VİDEO

7-12-2023, 00:05           
Bu prospektdə sürücülər gündüz cərimələnir, axşam isə.. - VİDEO
Paytaxtın Parlament prospektində dayanma-durma qaydaları kütləvi şəkildə pozulur.
İzləyici müxtəlif vaxtlarda qeydə aldığı görüntüləri Avtosfer.az-a göndərib. Bildirib ki, gündüz saatlarında sürücülər cərimələnsə də, bu qayda axşam park edilmiş avtomobillərə tətbiq edilmir. Belə ki, uşaqlarını ərazidəki 20 nömrəli məktəb-liseyə gətirən (götürən) valideynlər qayda pozduqları halda yol polisi tərəfindən cərimələnir. Lakin axşam saatlarında yolun hər iki tərəfini zəbt edən avtomobillərə cərimə yazılmır. İzləyicinin iddiasına əsasən, dayanma-durma qaydalarına məhəl qoymayan sürücülər “Naxçıvan” restoranına gəlir və yolu parkingə çevirirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru