Zığ və Masazır sürüşür

27-07-2016, 17:10           

“Hazırda Zığ və Masazır sürüşmə sahələrində nisbi aktivlik müşahidə olunur”. Bunu açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O bildirib ki, Masazır sürüşmə sahəsindəki mövcud çatların enində müəyyən genişlənmələr müşahidə olunur:

“Son günlər atmosfer yağıntıları düşməsə də, torpaq qatında quraqlıqdan genişlənmələr baş verir. Bununla bərabər, sürüşmə prosesinin özündə də müəyyən qədər aktivlik var”.

R. Həsənov qeyd edib ki, Dağüstü park və Şəhidlər xiyabanında quraşdırılmış mayaklara hər hansı bir dəyişiklik qeydə alınmayıb. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru