Polisə tabe olmaq istəməyən sürücü hücum etdi - VİDEO

27-07-2016, 23:11           

Yol polisi əməkdaşları Qubada reyd keçirib. Yoxlamaların məqsədi istirahət zonalarından gələn sərxoş sürücüləri aşkar etmək olub. Reyd zamanı minik avtomobillərindən birinin sürücüsü olan Əli Hacıyev polisin "Saxla" əmrinə tabe olmayaraq qaçıb.

teref.az xezerxeber.com-a istinadən bildirir ki, şəhər ərazisindəki dairənin ətrafında bir neçə dəfə dövrə vurduqdan sonra polis əməkdaşlarının dayandığı yerə gələrək maşını saxlayıb.

Yoxlama zamanı avtomobilin başqasına məxsus olduğu və sürücünün heç bir sənədinin olmadığı ortaya çıxıb. Bu da azmış kimi sürücü sərxoş halda olub.

Sərxoş sürücü çəkiliş qrupunun kamerasına əl atmaqdan da çəkinməyib.

Reyd zamanı 52 sürücü barəsində inzibati protokol tərtib olunub.

Sumqayıtda isə Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşıyan mikroavtobuslara qarşı reyd keçirilib.Məqsəd lisenziyasız və müvafiq sənədləri olmadan sərnişin daşıyan mikroavtobus sürücülərini aşkarlamaq olub.Reyd zamanı nəqliyyat vasitəsini sənədsiz sükan arxasına əyləşən 15 sürücü barəsində inzibati protokol tərtib edilib və idarə etdikləri mikroavtobuslar cərimə meydançasına yerləşdirilib.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.