Texniki Universitetin Hәmkarlar İttifaqı Komitәsindә özbaşınalıq
28-07-2016, 00:12
Azәrbaycan Hәmkarlar İttifaqı Konfederasiyasının tabeliyindә olan qurumların rәhbәrlәrini vәzifә sәlahiyyәtlәrindәn sui istifadә edәrәk vә eyni zamanda qanunları kobud şәkildә pozaraq, şәxsi gәlir әldә etmәsi barәsindә müxtәlif instansiyalara ünvanlanan şikayәt xarakterli müraciәtlәrin sayı durmadan artır. Xüsusilә istirahәt mövsümü olan yay fәslindә sözü gedәn qurumlardan narazılıqlar daha qabarıq şәkildә üzә çıxır. Tәbii ki, belә narazılıqların içindә qeyri¬obyektiv vә qәrәzlilәri dә az deyil. Lakin onu da qeyd etmәk lazımdır ki, istirahәt mövsümü zamanı hәmkarlar komitәlәrinin sәdrlәri kütlәvi şәkildә maxinasiya hallarına yol verәrәk külli miqdarda qazanc әldә edirlәr. Nәticәdә qanuni haqlarını әldә edә bilmәyәn zәkmәtkeş tәbәqә istirahәt etmәk hüququndan mәhrum olur ki, bu da gәlәcәkdә il boyu әmәk qabiliyyәtinin zәiflәmәsinә gәtirib çıxarır. Redaksiyamıza daxil olan şikayәt mәktublarını araşdırarkәn bir mәqam daha çox diqqәtimizi cәlb etdi: Nәdәnsә tәhsil müәssisәlәrinin hәmkarlar komitәlәrindәn narazı olanların sayı üstünlük tәşkil edir... Bәli, әslindә gәrgin zehni fәaliyyәtlә mәşğul olan vә maddi durumu o qәdәr dә qәnaәtbәxş olmayan tәhsil işçilәrimizin istirahәt hüquqları daha intensiv şәkildә pozulur. Mәsәlәn, bu yaxınlarda redaksiyamıza Azәrbaycan Texniki Universitetindәn daxil olan müraciәtdә bildirilir ki, bu tәhsil müәssisәsinin Hәmkarlar İttifaqı Komitәsinin sәdri Akif Cahangirov müәllimlәrin istirahәt vә müalicә mәsәlәlәrini özünün gәlir mәnbәyinә çevirib. Qeyd olunur ki, universitetin 1390 nәfәr işçisi var vә onların hәr biri HİK¬nın üzvüdür vә tәbii ki, maaşından il boyu üzvlük haqqı tutulur. Lakin verilәn dәqiq mәlumatlara görә, müәllimlәrin vә digәr işçilәrin Akif müәllimdәn istirahәt vә müalicә mәrkәzlәrinә qanuni göndәriş qoparması çox çәtin bir işdir. Belә göndәrişi әldә etmәk yalnız rüşvәt müqabilindә mümkün olur. Pul vermәyәn müәllimә isә tәxminәn belә cavab verilir ki, "bir az tez deyәydin, dünәn Nabrana adam göndәrdim, sәn öl, göndәriş bir hәftәdir әlimdә qalmışdı...”. Әslindә isә bu cür trafared Akif müәllimin dilindә bitәn mәnasız ifadәyә çevrilib. Rüşvәt verәn müştәri üçün hәr zaman göndәriş tapmaq mümkündür. Yetәr ki, әllәrin cibindә olsun vә Akif Cahangirovun istәdiyi mәblәği verәsәn. Mәnbәmiz xüsusilә vurğulayır ki, Texniki Universitetin zәhmәtkeş kollektivi istirahәt vә müalicә üzünә hәsrәt qaldığı halda Akif Cahangirov nәyinki universitetә, hәtta heç tәhsil sisteminә ümumiyyәtlә uzaqdan vә yaxından aidiyyatı olmayan şәxslәrә dә göndәrişlәr satır vә belә alıcıların sayı Akif müәllimin biznesindә üstünlük tәşkil edir. Hәlәlik adının çәkilmәsini istәmәyәn müәllimlәrdәn birinin verdiyi mәlumata görә, Cahangirov narazılıq edәnlәrә açıq¬aşkar bildirir ki, göndәrişlәri bu qiymәtә satmağı ona Havar müәllim tapşırıb vә güya ki, onun vәziyyәti iki qat ağırdır: bir tәrәfdәn konfederasiyanın, digәr tәrәfdәn isә rektorun payını çatdırmaq lazımdır. Mәqalә hazırlanmamışdan öncә KİV haqqında qanuna әsasәn qarşı tәrәfin mövqeyini öyrәnmәk mәqsәdilә hörmәtli Akif Cahangirovla telefon әlaqәsi yaratdıq vә mәramımızı ona bәyan etdik. Sözlәrimizә çox etinasızlıqla yanaşan komitә sәdri açıq¬aşkar bildirdi ki, " nә edirәm, yaxşı edirәm, gedin istәdiyinizi yazın...”. Hesab edirik ki, bu sözlәrdәn sonra әlavә şәrhә ehtiyac qalmır. Jurnalistin suallarını bu cür "cavablandıran” komitә
sәdrinin sadә müәllimin müraciәtinә necә reaksiya vermәsini tәxmin etmәk o qәdәr dә çәtin deyildir. irevan¬press