Ölkədə rəqəmsal hökumət quruculuğunun inkişaf vəziyyətini göstərən xırda bir proses haqqında

29-12-2023, 10:04           
Ölkədə rəqəmsal hökumət quruculuğunun inkişaf vəziyyətini göstərən xırda bir proses haqqında
RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin və Dövlət Vergi Xidmətinin nəzərinə çatdırıram ki, uzun müddət davam edən problem bu il də həllini tapmadı.
15 ildir ki ölkədə sistemli formada elektron hökumət quruculuğu prosesi gedir.
Xeyli də işlər görülüb.
Amma hələ də ən elementar məsələlər var ki öz həllini tapmayıb.
Hələ də bəzi dövlət və özəl qurumlar, adında "ELEKTRON" sözü olan sənədin, ELEKTRON imza ilə imzalanan bir sənədin, yəni Elektron Qaimənin yenidən KAĞIZ formada printerdə çap edilməsini, ƏL İMZASI ilə imzalanmasını və yenidən, hətta kuryerlə göndərilməsini tələb edirlər.
Ümid edirəm İRİA və DVX bunun nə demək olduğunun fərqindədir.
Osman Gunduz
Teref. Xocanın bloqu
Səhifəmiz hamının üzünə açıqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.