Nazirlik mənzillərin alınmasını fiziki şəxsə və bu şirkətə həvalə etdi - QALİBLƏR

30-12-2023, 18:37           
Nazirlik mənzillərin alınmasını fiziki şəxsə və bu şirkətə həvalə etdi - QALİBLƏR
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti tenderə yekun vurub.

FED.az xəbər verir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satın alınması üzrə keçirilən açıq tenderdə Ağsu rayonu üzrə qiymət təklifi verən fiziki şəxs Natiq Hüseyn oğlu Əlisoy və Göygöl rayonu üzrə qiymət təklifi verən Avanqard İnşaat Mənzil Tikinti Kooperativi qalib olub.

Qaliblərlə müvafiq satınalma müqavilələri bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru