Bəzi idxal məhsulları 2026-cı ilə qədər gömrük rüsumundan azad edilib

31-12-2023, 08:08           
Bəzi idxal məhsulları 2026-cı ilə qədər gömrük rüsumundan azad edilib
Azərbaycana idxal edilən bəzi məhsullar 2026-cı il dekabrın 31-də qədər 3 il müddətinə gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Dəyişikliyə əsasən, daha 3 il gömrük rüsumundan azad edilən məhsullara aşağıdakılar daxildir:

Bəzi tərəvəz bitkilərinin toxumları,

maya kulturaları, çörəkçilik mayaları, hazır çörəkçilik tozları,

balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından narın və qaba üyüdülmüş un və qranullar, həll olunan balıq məhsulları və ya digər dəniz məməli heyvanlarından məhsullar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru