Azərbaycanda yeni cərimələr tətbiq olunacaq

2-01-2024, 09:13           
Azərbaycanda yeni cərimələr tətbiq olunacaq
Bu gündən Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına görə yeni cərimələr tətbiq olunacaq.
Bu, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
n, Azərbaycan Respublikası ərazisində beynəlxalq avtomobil daşımalarının yerinə yetirilməsinin qayda və şərtlərinin pozulmasına, yəni:

– “İcazə” blankının doldurulması zamanı məlumatların pozulmasına, təhrif olunmasına və yenidən yazılmasına;

– “İcazə” blankının başqa şəxslərə ötürülməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi üç min manat məbləğində cərimə ediləcək.

Bu Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru