Müəllimlərin imtahanı, qəbul planının artırılması, universitetlərdə hazırlıq... - Təhsildə 2024-cü il “inqilabı”...
3-01-2024, 10:08

2024-cü il ölkə təhsili üçün bir çox mühüm hadisələrin baş verəcək.
İlkin proqnoz olaraq ən böyük tarixi hadisəni Qarabağ Universitetinə qəbul və universitetdə tədrisin təşkili olacaq. Xankəndi küçələrində Azərbaycan tələbələrini düşünmək, oradakı dərslərdən məlumat almağın düşüncəsi belə möhtəşəmdir.
2024-cü ildə nəhayət ki, "Ali təhsil haqqında” qanun qəbulun qəbul olunması gözlənilir ki, bu da çox vacib məsələdir.
2024-cü ili müəllimlərin sertifikasiya ili də hesab etmək olar. Nəzərə alsaq ki, bağça müəllimləri də bu prosesə cəlb edilir, bu il imtahan olunan müəllimlərin sayı və əhatəsinin genişlənməsi gözlənilir”.
“Cebhe.info” xəbər verir ki, bunu ekspert Kamran Əsədov deyib.
O bildirib ki, 2024-cü ildə ali təhsil müəssisələrinə qəbul plan yerləri əvvəlki illərlə müqayisədə artıb 60 mindən çox olacaq:
“Bu da ali təhsilin əlçatanlılığının təmin olunmasına xidmət edəcək. Mən 2024-cü ildən 2 mühüm qaydanın həyata keçirilməsini gözləyirəm. Onlardan biri diplomların tanınması ilə bağlı qaydaların tətbiqidir. Belə ki, xarici ölkələrdə təhsil alan amma diplomunu müddət azlığına görə tanımayanlara Azərbaycan universitetlərində kredit tamamlama qaydasının və qismən tanınma qaydasının 4 ixtisasdan digərlərinə də tətbiq edilməsidir. İkinci vacib hadisə, nəhayət ki, 2018-ci ildə "Təhsil haqqında” qanuna edilən dəyişikliklərdən sonra nəhayət ki, ali təhsil müəssisələrində hazırlıq qruplarının yaradılmasıdır”.
2024-cü il həm də beynəlxalq şagird qiymətləndirmə imtahanları üçün mühümdür:
“Belə ki, bu il IELS 2025-in sınaq mərhələsi, TALIS 2024-ün əsas mərhələsi, PISA 2025-in sınaq mərhələsi keçiriləcək. Ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlində irəliləyiş əldə etməsi üçün bu il çox vacibdir. Çünki reytinq cədvəli ilə bağlı dövlət proqramında nəzərdə tutulmuş müddət azalır.
Təhsil sistemində struktur dəyişikliklərinin olacağını da 2024-cü ildə gözləmək olar. Belə ki, Bakı şəhəri Təhsil İdarəsinin əvəzinə Bakı rayonlarının birləşəcəyi 4 təhsil İdarəsinin yaradılması mümkündür. Ölkəmizdə həm yeni universitetlərlər, (İtaliya Azərbaycan, Türkiyə Azərbaycan) , həm də bölgələrdə ADA Universitetinin yeni filial-Mərkəzləri (Gəncə şəhərində, Şəki şəhərində) mərkəzi açılacaq. Bu il beynəlxalq fənn olimpiadalarından gözləntilər böyükdür”.