Mingəçevirdə binanın zirzəmisinə axan çirkab suları antisanitar vəziyyət yaradıb - VİDEO

7-01-2024, 10:24           
Mingəçevirdə binanın zirzəmisinə axan çirkab suları antisanitar vəziyyət yaradıb - VİDEO
Mingəçevir sakinləri kanalizasiya borularında yaranan nasazlıq səbəbindən zirzəmiyə axan çirkab suların yaydığı üfunət iyindən şikayətçidirlər.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevir şəhəri Məmmədəmin Rəsulzadə küçəsi bir ünvanında yerləşən beş mərtəbəli binanın sakinləri uzun müddətdir bu vəziyyətdən əziyyət çəkirlər.

Sakinlər antisanitar vəziyyətdən bezdiklərini bildiriblər.

Onların sözlərinə görə, binanın daxili boruları dəyişdirilsə də, bayıra çıxan xətlər yenilənmədiyindən çirkab suları zirzəmiyə axır.
100-ə yaxın sakini olan binanın vəziyyəti ilə bağlı adiyyəti qurumlara dəfələrlə müracət edilsə də, heç bir nəticə olmayıb.

Daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru