"Atanızın malı deyil, dövləti talamayın..." - ETİRAZ

7-01-2024, 11:37           
"Atanızın malı deyil, dövləti talamayın..." - ETİRAZ
"Vaqif Mustafayev vaxtilə Space tv-ni yaman günə qoydu. 20-yə yaxın maşından cəmi 2-si işlək vəziyyətdə idi. Onlar da yaman gündə işləyirdi. "Cahangir əmi" də (AZAL-ın sabiq rəhbəri Cahangir Əsgərov nəzərdə tutulur -dia-az.info) AZAL-ı böyrüstə qoyub". Bu etirazla telejurnalist İlhamə Əli çıxış edib.

Xaricə uçmaq üçün AZAL-da ciddi təyyarə böhranı olduğunu qeyd edən və hazırda hava limanında olduğunu söyləyən jurnalist daha sonra əlavə edib: "Deyirlər, təyyarə yoxdu. Bu boyda AZAL - Azerbaijan Airlines-da təyyarə yoxdur.

Yoxdur?.. Sistemi düzgün qurun, bilet satışını ona görə edin. 10 manat yeyəndə 1 manat da arxaya atın. Atanızın malı deyil, dövləti talamayın. Od qiymətinə bilet satırsınız, haqqını verin..."

dia-az.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru