BMT Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb

7-01-2024, 19:04           
[img]https://teref.az/uploads/posts/2024-01/1704630145_1.jpg[/img
Birləşmiş Millətlər Təşkilatı (BMT) 2026-cı ilə qədər Azərbaycanın iqtisadi artım proqnozunu açıqlayıb.

APA xəbər verir ki, bu barədə BMT-nin qlobal iqtisadiyyatla bağlı hesabatında bildirilib. BMT 2024-cü il üzrə Azərbaycanda ümumdaxili məhsulun artımını (ÜDM) 2,6%, 2025-ci ildə isə 2,8% səviyyəsində proqnozlaşdırıb. Hesabata əsasən, 2023-cü il üzrə Azərbaycanda iqtisadi artım 0,7% təşkil edib.

BMT-nin proqnozlarına əsasən, 2024-cü ildə Azərbaycanda orta illik inflyasiya 5,9%-dək, 2025-ci ildə isə 3,9%-dək azalacaq. Təşkilat ötən il üzrə inflyasiya proqnozunu 9,5% müəyyən edib.


Qeyd edək ki, Dövlət Statistika Komitəsinin son açıqladığı göstəricilərə əsasən, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda iqtisadi artım 0,8%, inflyasiya isə 9,4% təşkil edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru