Meyitdən İP yığmaq istəyənlər…

8-01-2024, 09:50           
Meyitdən İP yığmaq istəyənlər…
Rəhmətə gedən müğənni Aygün Bəylərin bacısı deyib ki, jurnalistlərin yas və dəfn prosesində iştirakına icazə verməyəcək, ancaq hüzrə gələnlərin hamısı üçün qapı açıqdır. Yas sahibi kimi belə qərar qəbul etməyə onun haqqı çatır. Ancaq görürəm ki, onun bu qərarını tənqid edənlər də var.
Mən anlamıram, kiminsə ölüsünü necə ağlaması, qəbrə necə qoyması niyə çəkilib içtimailəşməlidir? Bundan əvvəl, bəzi tanınmışların dəfnindən bənzər biabırçılıqların şahidi olmuşuq. Operator girib məzarın içindən kadrlar çəkirdi. Bir az da gec tərpənsəydi, onun özünü ölü əvəzi basdıracaydılar.
Hadisə yerinə reportyor qrupu göndərmək üçün belə resursları olan KİV-lər bəyəm, içtimailəşdirməyə başqa mövzu tapa bilmir ki, kiminsə meyiti üzərindən İP yığmağı qarşısına hədəf qoyub? Bilirsiniz, çəkilməli, içtimailəşməli nə qədər mövzular var?..
Məhəmmədəli Qəribli
Teref: Xocanın Blogu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru