Eldar Quliyevin rəhbərlik etdiyi təşkilat məhkəməyə verildi 9-01-2024, 16:59 Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "Azərittifaq" Ağcabədi Rayon Kooperativ Cəmiyyəti məhkəməyə verilib.Pravda.az-ın xəbərinə görə, Cəmiyyətlə bağlı Şirvan İnzibati Məhkəməsinə müraciəti vətəndaş Hüseynov Müşfiq Fərrux oğlu edib.Mahiyyəti əmlak məsələləri üzrə mübahisələr olan iş hakim Pərvanə Qurbanovanın sədrliyi ilə araşdırılacaq.Qeyd: "Azərittifaq"ın sədri deputat Eldar Quliyevdir. Facebook-da paylaş