Laçında əhaliyə qaz limitsiz satılır? - AÇIQLAMA

9-01-2024, 17:18           
Laçında əhaliyə qaz limitsiz satılır? - AÇIQLAMA
Laçında qazın limitsiz olacağı ilə bağlı məlumatlar yayılıb.

Məlumata görə, tarif limitsiz olaraq 12 qəpikdən hesablanacaq. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Cebhe.info"-ya açıqlamasında bunun həqiqəti əks etdirmədiyini bildirib:

““Azəriqaz” İstehsalat Birliyinə bununla bağlı olaraq hər hansı bir məlumat daxil olmayıb. Ona görə də məlumat real deyil".

Xatırladaq ki, istehlak olunan qazın 1 kubuna görə ödənişlə bağlı 3 mərhələ təsdiq olunub. Birinci mərhələ 1200 kuba qədərdir və bu rəqəmə qədər sərf olunan qazın 1 kubuna görə abonent 12 qəpik ödəyir. 1200-dən 2500 kubmetrə qədər olan aralıqda istifadə olunan qazın hər bir kubuna görə abonent 20 qəpik ödəyir. Abonent 2500-dən daha artıq istifadə olunan qazın hər bir kubuna görə isə 25 qəpik ödəyir.

Qeyd edək ki, hər il müəyyən qrup abonent qışa qədər limiti keçmiş olur.

Ötən il də ölkəmizdə abonentlərin 50 faizdən çoxu limiti keçib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru