Biabrıçılıq: Kəlbəcərin işğalını toyla yola verənlər – Bakıdakı hansı şadlıq evləri toyları təxirə saldı, hansılar yox
4-04-2015, 14:49
Təqvimin bu günü – 2 aprel Kəlbəcər rayonunun işğalçı erməni ordusu tərəfindən zəbt olunmasının 22-ci ildönümü kimi qeyd olunur. İşğal günü ilə bağlı olan bu yazıda dəymiş maddi ziyandan, neçə nəfərini şəhid olmasından, itkin düşənlərdən, girov götürülənlərdən, dağıdılıb talan edilən tarixi mədəniyyət abidələrindən, təbii sərvətlərindən danışmayacağıq. Məsələyə sadə bir pizmadan yanaşmaq istədik.
Görəsən paytaxt sakinləri bu gün toy edirmi? Doğrudur, 2 aprel Kəlbəcərin işğal günü olsa da, rəsmi bir hüzn tarixi deyil və hər hansı mərasimin keçiriləməsi də qadağan olunmayıb. Amma mənəvi məsələ kimi, heç olmasa şəhid olanların ruhu naminə bir günlük şənlənməyə ara vermək olar…
Modern.az saytı Bakıda fəaliyyət göstərən 10-a yaxın şadlıq sarayları ilə əlaqə saxlayıb.
Binəqədi rayonunda fəaliyyət göstərən “Monte Kristo” şadliq sarayından bu gün toy olmayacağını bildirdilər. Amma bunun Kəlbəcərin işğalı ilə bağlılığı yoxdur. Belə əlaqələndirdilər ki, toylar adətən həftə sonları olur. Ona görə də şadlıq sarayının 2 aprel tarixinə sifarişi yoxdur.
Nizami rayonunda yerləşən “Xəmsə” şadlıq sarayından da bu günə toy planlaşdırılmadığı bildirildi. “Toylar adətən həftəsonu olur. Bu günə toyun olmamasının başqa səbəbi yoxdur”-deyə restoranın işçisi qeyd etdi.
Binəqədi rayonunda yerləşən “Yeganə” şadlıq sarayından da bu gün toy olmayacağı açıqlanıb. “Paytaxda 400-dən çox obyekt var, ölkədə də krizis. Buna baxmayaraq, sarayımızda toylar var, sadəcə bu gün üçün sifariş verilməyib, ümumən vəziyyətimiz də pis deyil”.
Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayının iki zaldan birində bu gün toy keçiriləcəyi bildirildi.
Nizami rayonunda fəaliyyət göstərən “Ay İşığı” şadlıq sarayından 4 zalın heç birində toy olmayacağı açıqlandı.
Bakıxanov qəsəbəsində yerləşən “Həyat Yolu” şadlıq sarayından bildirildi ki, bu gün toy olmayacaq. Toylar adətən həftə sonu olur.
Nizami rayonunda yerləşən “Kral” şadlıq sarayından da bu gün toy olmayacağı bildirildi.
Əhmədli qəsəbəsində yerləşən “Viktoriya” şadlıq sarayından bildirildi ki, saryaın iki zalından birində bu gün toy keçiriləcək.
Bakıxanov qəsəbəsində yerləşən “Badi Kubə” şadlıq sarayından “Avropa” zalında bir toy olacağı bildirilib.
Nizami rayonunda yerləşən “Xan Bağı” şadlıq sarayı bu günə toy olmayacağın açıqladı. Şadlıq sarayının nümayəndəsi toyun olmamasını Kəlbəcərin işğalı ilə əlaqələndirdi. “Sarayda toy etmək istəyən müştəriyə əvvəlcə təqvimdəki günləri göstəririk ki, bu gün hansı tarixi hadisədir və ya hansı rayonun işğalı günüdür. Gələn müştərilər də bunu nəzərə alır”.