Azərbaycanın dərman problemi - Qiymətlər niyə bahadır?
27-02-2024, 18:18
Azərbaycanda dərman preparatlarının qiyməti kəskin şəkildə artmaqda davam edir. Uşaq pulu verilməyən ölkədə uşaqlar üçün nəzərdə tutulan dərmanların olduqca baha olması ciddi narazılıq yaradır. Qızdırma, öskürək, soyuqdəymə və eləcə də vitaminlər, habelə uşaq üçün olan dərmanların qiyməti durmadan artır. Ailələrin əksəriyyəti imkansızlıqdan bu dərmanları ala bilmir.
Dərmanlarının qiymətini endirmək mümkündür?
İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, Azərbaycanda dərmanların qiyməti Tarif Şurası tərəfindən dolayı yolla tənzimlənir:
"Amma burada istehsalçı ölkələr nəzərə alınaraq tənizmlənir. Tarif Şurasına bu səlahiyyət veriləndən ölkədə bütün dərmanlar, o cümlədən uşaqlar üçün olan dərmanlar bahalaşır. Bu dərmanların ucuzlaşmasının heç vaxt şahidi olmamışıq. İndi dövlətin bununla bağlı kifayyət qədər imkanları mövcuddur. Əsas məsələ dərman preparatlarına satış zamanı tətbiq olunan 18% əlavə dəyər vergisinin ləvğ edilməsi məsələsi ola bilər”.
Natiq Cəfərli hesab edir ki, bu ləvğ edilərsə ən azından uşaq dərmanlarının 18% ucuzlaşmasına səbəb ola bilər.