Onunla saç və dəri sağlamlığına nail ola bilərsiniz

29-02-2024, 12:59           
Onunla saç və dəri sağlamlığına nail ola bilərsiniz
Dərinin sağlamlığı və gözəlliyi hər kəsin diqqət etməli olduğu vacib məsələdir. Mütəxəssislər zeytunyağlı sabunun dəri üçün ən faydalı sabun olduğunu bildiriblər. Bu sabun yaraları sağaltmaqda və dərini nəmləndirməkdə çox təsirlidir.Foodinfo.az zeytunyağlı sabunun saç və dəri üçün faydalarını təqdim edir:
1. Baş dərisini qidalandırır: Zeytunyağlı sabun tərkibindəki zəngin vitamin və minerallar sayəsində saç dərisini qidalandırır və saçın təbii tarazlığını qoruyur. Baş dərisindəki quruluğu və qaşıntıları aradan qaldıraraq sağlam saç dərisi yaradır.
2. Saçları gücləndirir: O, saç tellərini gücləndirir və qırılmaların qarşısını alır. Bu sayədə saçlar daha sağlam və güclü görünüş qazanır.
3. Saç tökülməsini azaldır: Bu sabun saç tökülməsini azaltmağa kömək edir və saçları daha qalın göstərir.
4. Nəmləndirici effekt: Zeytunyağlı sabun dərini dərindən nəmləndirir və quruluq problemini aradan qaldırır. Dərini yumşaq və hamar edir.
5. Antioksidan tərkibi: Dərini xarici faktorlardan qoruyan antioksidan xüsusiyyətlərə malikdir. Sərbəst radikalların yaratdığı dəri zədələnməsinin qarşısını alır və dərinin gənc və sağlam olmasına kömək edir.
6. Dərinin təmizlənməsi: Zeytunyağlı sabun zərif təmizləmə xüsusiyyəti sayəsində dərini dərindən təmizləyir və məsamələri açaraq dərinin nəfəs almasını təmin edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru