Masazırda magistral su xətlərinin üzərində yaşayış evləri tikilir - Aidiyyatı qurumlar hara baxır?

1-03-2024, 12:50           
Masazırda magistral su xətlərinin üzərində yaşayış evləri tikilir -
Abşeron rayonunun Masazır qəsəbəsində magistral su xəttinin ərazisi qeyri-qanuni olaraq satılıb.

AzFakt.com xəbər verir ki, Masazır qəsəbəsinin "Yoncalıq" deyilən ərazisindən keçən magistral su xəttlərinin üzərində artıq xeyli sayda evlər də tikilib.

Qəsəbədə baş verən qanunsuz tikililər gündən-günə vüsət almaqdadır.

Tikinti normativlərinə uyğun aparılmayan bu tikililərə Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə İcra nümayəndəsi Şahlar Əsgərovun "yaşıl" işıq yandırdığı deyilir.

Maraqlıdır ki, Masazır qəsəbəsində "Yoncalıq" adlanan ərazidə su xəttinin aşırımlarında və üzərində tikintilərin aparılmasına nə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, nə də Fövqaladə Hallar Nazirliyinin aidiyyatı qurumları müdaxilə etmir.

AzFakt.com ərazidən hazırladığı geniş reportajı yaxın günlərdə oxuculara təqdim edəcək.

Bizi izləyin.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru