İşçinin hər bir iş ilinə görə - məzuniyyətə çıxmaması qadağandlr.
8-04-2024, 11:24

Praktikada belə hallara da rast gəlinir ki, bir çox hallarda, xüsusən rəhbər işçilər növbəti əmək məzuniyyətindən istifadə etmir, sonra isə işdən ayrılmadan iş ili və ya iş illəri üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya alırlar.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən isə, işçinin hər bir iş ilinə görə - məzuniyyətə çıxmaması qadağandlr. Bu o halda və müstəsna halda baş verə bilər ki, işçinin hər hansı bir fors-mojor hallarında, həmin işçinin əvəz edilməsi qısa müddətdə mümkün olmaması və s. digər hallarda əmək məzuniyyətinə çıxması qeyri mümkün olsun. Bu hüquqlardan sui-istifadə yolverilməzdi və Əmək Məcəlləsinin tələblərinin pozulmasıdlr Əgər belə bir hal baş verərsə, bu hal yalnız rəhbər işçilərə deyil, digər aşağı vəzifəli işçiyə də şamil edilməlidir.
Əmək məzuniyyəti vəzifəsi və peşəsindən asılı olmayaraq - işçinin normal istirahəti, əmək qabiliyyətinin bərpası, sağlamlığının mühafizəsi və möhkəmləndirilməsi üçün işdən ayrılmaqla öz mülahizəsi ilə istifadə etdiyi istirahət vaxtıdır
Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır. İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənilir.
İşçinin məzuniyyət hüququnun pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Azər Quliyev,
TEREF