Səudiyyə Ərəbistanına xiyar-pomidoru 20, sarımsağı 26 manata satırıq - SİYAHI

9-04-2024, 19:47           
Səudiyyə Ərəbistanına xiyar-pomidoru 20, sarımsağı 26 manata satırıq - SİYAHI
Bu ilin yanvar ayı ərzində Azərbaycandan Səudiyyə Ərəbistanına 129,12 min dollar dəyərində meyvə-tərəvəz ixrac olunub.
Yeniavaz.com xəbər verir ki, Səudiyyə Ərəbistanına ixrac olunan meyvə-tərəvəzin gömrük dəyəri digər ölkələrlə müqayisədə dəfələrlə yükəsək olub.
Müqayisə üçün bildirək ki, yanvar ayında Rusiyaya ixrac etdiyimiz pomidorun orta gömrük dəyəri 1,4 dollar (2,4 manat) olduğu halda, eyni dövrdə Səudiyyə Ərəbistanına ixrac olunan pomidorun orta gömrük dəyəri 12 dollar (20,4 manat) olub. Yaxud da, Qazaxıstana ixrac olunan almanın orta gömrük dəyəri 0,42 dollar (71 qəpik) olduğu halda, eyni dövrdə Səudiyyə Ərəbistanına ixrac olunan almanın orta gömrük dəyəri 11,6 dollar (19,8 manat) olub.
Bu ilin yanvar ayında Azərbaycandan Səudiyyə Ərəbistanına ixrac olunan meyvə-tərəvəzlərin 1 kiloqramının orta gömrük dəyəri aşağıdakı kimi olub:

Pomidor – 12 dollar (20,4 manat)
Sarımsaq – 15 dollar (25,7 manat)
Yerkökü – 10,3 dollar (17,5 manat)
Xiyar – 12 dollar (20,4 manat)
Badımcan – 11,7 dollar (20 manat)
Alma – 11,6 dollar (19,8 manat)
Heyva – 11,6 dollar (19,8 manat)
Nar – 11,8 dollar (20 manat)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.