Güzəştli şərtlərlə pensiya təyin edən dövlət qurumunda xüsusi komissiya yaradılmalıdır.

10-04-2024, 11:14           
Güzəştli şərtlərlə pensiya təyin edən dövlət  qurumunda xüsusi komissiya yaradılmalıdır.
Qeyd etdiyim hallarla praktikada mütamadi olaraq rastlaşırıq, sonda isə əksər hallarda bu məhkəmə çəkişmələri ilə nəticələnir.
Nəticədəisə həm güzəştli şərtlərlə pensiyaya çıxmaq istəyən şəxs əzab-əziyyət çəkir, həm pensiya təyin edən dövlət orqanının, həm də məhkəmələrin yükü artır. Fikrimcə belə hallarda, bu anlaşılmazlığı aradan qaldırmaq və məhkəmə mübahisələrindən qaçmaq üçün Dövlət Sosial Müdafiə Fondu və ya bu qurumun nəzdində fəaliyyət göstərən Güzəştli şərtlərlə pensiya təyin edən dövlət qurumunda xüsusi komissiya yaradılmalıdır.
Belə ki: bir çox hallarda hüququ olmasına baxmayaraq güzəştli şərtlərlə əmək pensiyasına çıxmaq istəyən şəxsin işlədiyi peşə və ya vəzifənin adı müəyyən səbəb və ya səbəblərdən dəqiq olaraq AR-sı Nazirlər Kabinetinin qüvvədə olmuş 320 və qüvvədə olan 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin" Siyahılarında olmur.
Bir çox hallarda işçinin işlədiyi peşəlırin və ya vəzifələrin adları dəqiq olaraq bu siyahılarda olmur, başqa adlarla yazılır, eyni məzmunlu olsa da başqa peşə adı ilə yazılır, fərqli yazılır, baxmayaraq ki, Siyahılarda olan eyni vəzifə və ya funksiyaları yerinə yetirirlər, adlarda fərqlərin olması, siyahılarda olan adların işçinin əmək kitabçasında fərqli yazılması, düzgün yazılmaması, ad yerlərinin dəyişik yazılması, bilmədən siyahıds fərqli yazılması, busahələrdə olan səhvlər, peşə və vəzifələrin xarici şirkətlərdə yerli qanunvericiliyə uyğun yazılmaması və sair formal hallarla əlaqədar baş verir.
Azər Quliyev.
TEREF












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.