Dünyada ən çox satılan smartfonlar: 1020 manatdan başlayır

12-04-2024, 09:34           
Dünyada ən çox satılan smartfonlar:
"iPhone 15", "iPhone 13" və "Samsung Galaxy S23 FE" 2023-cü ilin dördüncü rübündə dünyada ən çox satılan smartfon modelləri oldu.

Referans.az Çinin “Chaodian” analitik şirkətinin hesabatından istinadla xəbər verir.

2023-cü ilin son üç ayında "Apple" 5,3 milyon "iPhone 15" və 2,4 milyon "iPhone 13" satıb. "Samsung" "Galaxy S23 FE" modelindən 2,2 milyon ədəd satıb. İlk beşliyə həmçinin müvafiq olaraq 1,9 milyon smartfon və 1,7 milyon tirajla əsas "iPhone 14" və "Galaxy S23" modelləri daxil edilib.

Siyahının aşağı pillələrində "Google Pixel 8" (1,2 milyon), "Xiaomi Mi 14 Pro" (0,87 milyon), "iPhone 12" (0,46 milyon), "Vivo X100 Pro" (0,35 milyon), "iPhone 13 Mini" (0,34 milyon), "Motorola Razr 2023" (0,30), "Xiaomi", "Mi 14" (0,25 milyon), "Xiaomi Mi 13T Pro" (0,22 milyon), "Samsung Galaxy S22" (0,21 milyon), "iPhone 15 Plus" (0,21 milyon), "Huawei Mate 60" (0,19 milyon), "iQOO 12 Pro" (0,17 milyon), "Oppo Find N3 Flip" (0,17 milyon), "Samsung Galaxy S23 Plus" (0,16 milyon) və "Google Pixel 7" (0,17 milyon), 16 milyon) var.

"Chaodian" hesabatında qeyd edilib ki, bu analitika yalnız 600-800 dollar (11 aprel 2024-cü il tarixinə olan məzənnə ilə təxminən 1020-1360 manat) qiymət intervalında olan smartfonlara aiddir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.