Nəsimi rayonunda sakinlərin yol problemi nə zaman həll olunacaq? - RƏSMİ AÇIQLAMA + VİDEO

13-04-2024, 12:04           
Nəsimi rayonunda sakinlərin yol problemi nə zaman həll olunacaq? - RƏSMİ AÇIQLAMA + VİDEO
Nəsimi rayonu, “Papanin” kimi tanınan ərazidə bir həftədir qaz xətti çəkildiyi üçün yol qazılıb.

Burada yaşayan sakinlər evlərinə gedib-gəlməkdə çətinlik çəkirlər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş mühəndisi Natiq Mustafayev bildirib ki, yol yeraltı qaz xəttinin çəkilməsi məqsədi ilə qazılıb.

N.Mustafayev əlavə edib ki, işlərin uzun müddət davam etməsinin səbəbi ərazidə qaya örtüyünün çıxmasıdır:
“İşlərin bir həftəyə yekunlaşması planlaşdırılır”.

Daha ətraflı “ATV Xəbər”in süjetində:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru