Balığın təsərrüfatda yoxsa, təbii yetişdiyini necə anlamaq olar? – ARAŞDIRMA/VİDEO

14-04-2024, 09:04           
Balığın təsərrüfatda yoxsa, təbii yetişdiyini necə anlamaq olar? – ARAŞDIRMA/VİDEO
Balıq alarkən diqqətli olun!

Çünki sizə dəniz və çay balığı adı ilə süni göldə yetişdirilən balıq sata bilərlər.

Bizim.Media xezerxeber.az-a istindən xəbər verir ki, mütəxəssislərin fikrincə, balıqların hansı suda yetişdiyini bilmək üçün bəzi nüanslara diqqət etmək lazımdır.

Mütəxəssis İlkin Novruzov deyir ki, süni göldə yetişdirilən balıqlar nisbətən ucuz olur. Həmçinin, bu balıqların ətinin rəngi də çay və dənizdə yetişən balıqlardan fərqlənir.

Təsərrüfat balıqlarının ətində həmçinin az da olsa lil və torpaq qoxusu da ola bilər.

Bu arada, balıq qiymətlərində ucuzlaşma var. Bildirilir ki, xarici ölkələrdən Azərbaycana idxal çox olduğundan qiymətlər enib.

O da bildirildi ki, əgər bazarlarda bolluq davam edərsə, qiymətlər daha da enə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.